Milli QHT Forumunun təcrübə proqramı yenidən fəaliyyətə başlayıb
BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumu ictimai sektorun gələcək inkişafına dəstək məqsədilə davamlı addımlar atır. Belə addımlardan biri də bu sahəyə həvəsi və marağı olan tələbələr üçün təcrübə proqramının yenidən bərpa edilməsidir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Milli QHT Forumundan məlumat verilib.
Məlumatda deyilir ki, uzun fasilədən sonra Azərbaycan Milli QHT Forumunun təcrübə proqramı yenidən fəaliyyətə başlayıb: “ADA Universiteti və Bakı Dövlət Universitetinin tələbələri bizimlədir. “Yeni təcrübəçilərlə daha dinamik Forum mühiti” şüarı ilə reallaşacaq bu proqram çərçivəsində tələbələr çoxsaylı təcrübələr qazanacaqlar ki, bu sırada dinamik QHT mühiti ilə tanışlıq, real tapşırıqlar, vətəndaş cəmiyyəti təşkilatları ilə ünsiyyət, bu sahədə təcrübə və s. var”.





