Press "Enter" to skip to content

Fikir mübadiləsi aparılıb

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Nazirlikdən bildirilib ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verilib.

Görüşdə kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanları, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələləri müzakirə olunub.

Orta Dəhliz üzrə birgə layihələr və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.