Press "Enter" to skip to content

İribuynuzlu heyvanların sərfəli şərtlərlə sığortalanması

İribuynuzlu heyvanların sərfəli şərtlərlə sığortalanması

BAYRAQDAR MEDİA – Aqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların, o cümlədən qoyun və keçilərin də sığortalanması mümkündür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmələr, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər. Aqrar Sığorta Fondu tərəfindən tətbiq olunan mexanizmə əsasən, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Qiyməti 1 min 500 manat dəyərində olan bir baş iribuynuzlu heyvanın bir il müddətinə sığortalanmasının ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir. Beləliklə, fermer üçün heyvanın illik sığortalanma xərci aylıq cəmi 3 manat təşkil edir”.

Daha sonra xəbərdə, “sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Sığorta dəyəri 1min 500 manat olan iribuynuzlu heyvan tələf olduqda 150 manat azadolma məbləği çıxıldıqdan sonra fermerə 1 min 350 manat sığorta ödənişi verilir. Bu baxımdan, heyvanların illik sığortalanmasına çəkilən xərc onların saxlanması ilə bağlı ümumi xərclərlə müqayisədə olduqca aşağıdır və fermerləri mümkün maliyyə itkilərindən qorumağa imkan verir. Beləliklə, aqrar sığorta heyvandarlıqla məşğul olan fermerlərin gözlənilməz risklər nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasına və təsərrüfat fəaliyyətinin davamlılığının təmin edilməsinə imkan yaradır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.