Press "Enter" to skip to content

ADY 9 ayda yükdaşımanı 11 faiz artırıb

BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 14 milyon tona yaxın yük daşıyıb.

ADY-dən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd olunan dövrdə tranzit yükdaşımaların həcmi 15 faiz artaraq 5,7 milyon tona çatıb. Tranzit daşımalarında Şərq-Qərb dəhlizi üzrə 20 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 26 faiz artım qeydə alınıb.

Sentyabr ayında isə ADY-nin ümumi yükdaşıma həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 29 faiz artıb. Bu dövrdə tranzit daşımaların həcmi 37 faiz yüksəlib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.