BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sosial Xidmət Mərkəzlərində xidmətlərdən yararlanan əlilliyi olan uşaqlar üçün master-klaslar keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “benefisiarların sosial bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil edilən master-klaslar zamanı uşaqlar müxtəlif kompozisiyalar, rəngləmə və əl işləri hazırlayıblar. Yaradıcılıq prosesində uşaqların xırda motorika, diqqət, təxəyyül və özünüifadə bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlara üstünlük verilib”.
Təşkil edilən master-klaslar uşaqların yaradıcı potensialının üzə çıxarılmasına, sərbəst seçim etmə və özünüifadə bacarıqlarının, eləcə də xırda motorika və diqqət davamlılığının inkişafına töhfə verib.






İlk şərhi yaza bilərsiniz