Press "Enter" to skip to content

TTY xidmətinə 50 minə yaxın müraciət daxil olub

BAYRAQDAR MEDİA – 20-30 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 min 922 çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, çağırışlardan 2 min 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib: “59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 min 59 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Bakı şəhəri üzrə ən çox müraciət 21.03.2026-cı il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.