Press "Enter" to skip to content

Vali müavinindən Iğdır Universitetinə vida səfəri

Görüş zamanı

BAYRAQDAR MEDİA – Göç İdarəsi Başkanlığı Daire Başkanlığı vəzifəsinə təyin olunan Iğdır vali müavini Abdurrahman Çelebi Iğdır Universitetinə vida səfəri edib. Rektoru Prof. Dr. Ekrem Güreli ilə rektorluqda keçirilən görüşdə universitetlə dövlət qurumları arasındakı möhkəm əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən bəhs olunub.

Universitetdən verilən məluamta görə, A.Çelebi Iğdır Universiteti ilə qurduqları münasibətlərin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib və qonaqpərvərliyə görə rektora təşəkkür edib: “Şəhərin ictimai və inzibati həyatına verdiyi töhfələrlə tanınan Çələbinin vida ziyarəti qarşılıqlı yaxşı arzular və gələcək üçün uğur diləkləri ilə yekunlaşıb. Yaxın günlərdə onun Iğdırdakı vəzifəsindən ayrılaraq Ankaradakı yeni vəzifəsinə başlayacağı gözlənilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.