Press "Enter" to skip to content

Rektor Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Görüşdən foto

Son yeniləmə: 7 Aprel 2026

BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu Azərbaycana səfəri çərçivəsində Türkiyənin Bakıdakı səfiri professor Birol Akgünü ziyarət edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüş zamanı universitetin Azərbaycan ali təhsil müəssisələri ilə həyata keçirdiyi elmi layihələr müzakirə olunub: “Tərəflər gələcək dövr üçün əməkdaşlıq strategiyalarını da nəzərdən keçiriblər. Səfir Birol Akgün universitetin iki qardaş ölkə arasında təhsil diplomatiyasına verdiyi töhfələri yüksək qiymətləndirib. Görüşdə tələbə və akademik mübadilə proqramlarının genişləndirilməsi məsələsi də gündəmə gətirilib”.

Həmçinin ortaq mədəni və akademik fəaliyyətlərin artırılması barədə fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.