Press "Enter" to skip to content

Azərbaycan səfirliyinin təhsil müşaviri universitetdə olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Evren Yaşarı ziyarət edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, görüş zamanı rektor qonağı salamlayaraq ziyarətdən məmnunluğunu ifadə edib və təşəkkürünü bildirib: “Səfər çərçivəsində universitetin Tibb fakültəsinin ikinci kurs tələbəsi Ağacan Musalıya təşəkkür sənədi təqdim olunub. O, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Başqanlığı tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Tələbə Elmləri Konqresində uğur qazanıb. Musalı səhiyyə elmləri sahəsində birinci yerə layiq görülüb. Rektor Evren Yaşar tələbəni bu uğur münasibətilə təbrik edib. O, gənc tələbəyə gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.