BAYRAQDAR MEDİA – İğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel şəhid başkomissar Bülent Yurtsevenin ailəsi ilə görüşüb. Görüş rektorluq binasında təşkil olunub və şəhidin xatirəsi ehtiramla yad edilib.
Universitetin məlumatına əsasən, görüşdə qeyd edilib ki, Bülent Yurtseven 15 iyul çevriliş cəhdi zamanı Ankaradakı Xüsusi Hərəkat İdarəsinə edilən hücumda şəhid olub. Rektor Gürel bu hadisənin Türkiyə xalqının birlik və həmrəyliyini göstərən tarixi məqam olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələri hər zaman ən dəyərli əmanətlər hesab olunur. Rektor həmçinin şəhidin adının universitet kampusunda yaşadılmasının böyük qürur olduğunu qeyd edib. Görüşdən sonra ailə şəhidin adını daşıyan kampusla tanış olub. Onlara universitetin təhsil və sosial imkanları haqqında məlumat verilib.






İlk şərhi yaza bilərsiniz