Levent Kutay: Türk dünyasının daha dərin inteqrasiyası məsələsində QHT-lərin və medianın üzərinə mühüm vəzifələr düşür
BAYRAQDAR MEDİA – “Türk dünyasının daha dərin inteqrasiyası məsələsində QHT-lərin və medianın üzərinə mühüm vəzifələr düşür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində BRT-də xəbər proqramının aparıcısı, Haber Kıbrıs yazarı Levent Kutay deyib.
O, qeyd edib ki, məsələyə yanaşma daha dərindən olmalıdır: “Hesab edirəm ki, burada müəyyən mənada özünütənqidə ehtiyac var. Həm media, həm də vətəndaş cəmiyyəti bəzən siyasi qurumlar kimi davranmaq əvəzinə, daha çox cəmiyyətin içində olmalı, insanlarla daha sıx işləməlidir. Yəni, burada əsas məsələ vətəndaş cəmiyyətinin və medianın daha aktiv və həssas mövqe sərgiləməsidir. Biz dünyaya yalnız Avropa və ya Amerika prizmasından baxmamalıyıq. Türk dünyası da özlüyündə böyük və əhəmiyyətli bir məkandır. Bu istiqamətdə daha çox təşəbbüs, daha çox fəaliyyət və daha çox təşviq lazımdır. Keçmişdə aparılan yüksək səviyyəli görüşlər – istər dövlət başçıları, istərsə də xarici işlər nazirləri səviyyəsində – bu gün əldə olunan nəticələrin əsasını qoyub. Bu gün artıq ortaq kimlik və birlik ideyası daha açıq şəkildə qəbul olunur ki, bu da çox mühüm məqamdır”.






İlk şərhi yaza bilərsiniz