Press "Enter" to skip to content

QHT-lər üçün zəlzələ seminar keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Milli QHT Forumunda “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda QHT-lər üçün seminar təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.

Məlumata əsasən, Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri, BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müəllimi, yer elmləri üzrə fəlsəfə doktoru namizədi Afaq Səmədzadə bildirib ki, zəlzələ zamanı düzgün davranış qaydalarını bilmək riskləri azaldır, insanların həyatını xilas edir, cəmiyyət üçün faydaya çevrilir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi”nin mütəxəssisi Aytən Babazadə zəlzələnin mahiyyətindən, başvermə səbəblərindən və bu təbiət hadisəsi zamanı zəruri təhlükəsizlik tədbirləri barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Zəlzələ zamanı düzgün davranış qaydaları” layihəsi üzrə qalibdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.