Press "Enter" to skip to content

Dağlardan toplanan təbii antibiotik satışa çıxarılıb

Çiriş otu

BAYRAQDAR MEDİA – Elazığ və Tunceli dağlarının yüksək ərazilərində yetişən çiriş otu uzun qış mövsümündən sonra yazın gəlişi ilə kənd sakinləri tərəfindən toplanmağa başlanıb.

Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, toplanan bu bitki şəhər mərkəzindəki meyvə-tərəvəz dükanlarında və səyyar satıcılarda satışa təqdim olunub: “Çiriş otu müxtəlif yeməklərdə istifadə olunmaqla yanaşı, şəkər, təzyiq və xərçəng kimi xəstəliklərə də faydalı hesab edilir. Bir çox bazar satıcısı üçün əsas gəlir mənbələrindən biri olan bu bitkinin bir kiloqramı 100 lirədən satılır”.

Məlumata əsasən, bu bitkinin yığım mövsümü təxminən iki ay davam edir. Çiriş otu xüsusilə şəkər, təzyiq və xolesterin xəstələri üçün çox faydalıdır. Keçən il qiymətinin 75 lirə olduğunu xatırladan satıcı bu il qiymətin 100 lirəyə yüksəldiyini bildirib. O əlavə edib ki, insanlar ümumilikdə təbii otların bazara çıxmasını səbirsizliklə gözləyirlər.

Mission News Theme by Compete Themes.