Press "Enter" to skip to content

“Ölməz” tamaşası nümayiş olunub

“Ölməz” tamaşası nümayiş olunub

BAYRAQDAR MEDİA – Milli Qəhrəman Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib. Təqdimat Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Sumqayıt Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının təşkilatçılığı ilə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyev çıxış edib. Tamaşada N.Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı canlandırılıb. Səbnə əsərində onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına ermənilərin mühasirəsinə qarşı göstərdiyi müqavimət və Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi qəhrəmanlıq səhnələşdirilib”.

Bildirək ki, N.Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi Mingəçevirə köçüb, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedib və döyüşlərdə misilsiz igidlik göstərib. N.Qasımov 1992-ci ildə Xocalının Pirlər kəndində 5 gün təkbaşına mühasirədə qalsa da, ermənilərə müqavimət göstərərək təslim olmayıb. Ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı Alban kilsəsindən çıxıb. Lakin son ana qədər əlindəki Azərbaycan Bayrağını ermənilərə verməyib. Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə o, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.