BAYRAQDAR MEDİA – Ardahan Universiteti (ARÜ) Şəhidlər Həftəsi çərçivəsində mənalı bir tədbirə ev sahibliyi edib. Universitet tərəfindən vətənin müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanları yad etmək məqsədilə təşkil olunan “Şəhidlərə hörmət yürüşü” geniş iştirakla reallaşıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektorluq binası qarşısında toplaşan akademik heyət, tələbələr və çoxsaylı vətəndaşlar əllərində Türkiyə bayraqları ilə yürüş ediblər. Kampus daxilində keçirilən yürüş Hoca Əhməd Yəsəvi məscidinin qarşısında başa çatıb. İştirakçıların daşıdığı iri bayraqlar tədbirə duyğusal ab-hava qatıb: “Yürüşdən sonra çıxış edən Ardahan Universitetinin rektoru, Prof. Dr. Öztürk Emiroğlu şəhidlərin fədakarlıqlarının türk xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb. Anım proqramı Hoca Əhməd Yəsəvi məscidində şəhidlərin ruhuna oxunan dualarla davam edib. Mənəvi atmosferin güclü hiss olunduğu tədbirdə iştirakçılara halva paylanaraq proqram yekunlaşıb”.






İlk şərhi yaza bilərsiniz