BAYRAQDAR MEDİA – Ardahan Universiteti Türkiyə Cümhuriyyətinin son Baş naziri və TBMM-nin 28-ci sədri Binali Yıldırım-a fəxri doktor adı verəcək.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, Ardahan daha bir beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməyə hazırlaşır. Tədbir çərçivəsində Binali Yıldırım və Azərbaycanın sabiq Baş naziri Həsən Həsənov a akademik mükafatlandırma və türk birliyi mesajları ilə şəhərə səfər edəcəklər.
Universitet Senatının qərarına əsasən, həmçinin Türk Dövlətləri Təşkilatı Aksakallar Şurasının sədri olan Binali Yıldırım və TDT nümayəndəsi Hasan Hasanova “Fəxri doktor” adı təqdim ediləcək.
Tədbir aprelin 22-də Ardahan Universitetinin Aşıq Şənlik Mədəniyyət Mərkəzində keçiriləcək. “Bakı Türkologiya Qurultayının 100 illiyi”nə həsr olunan proqram şəhərin regional və mədəni mərkəz kimi rolunu bir daha ön plana çıxaracaq.
TDT-nin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq mərasimin Ardahanın beynəlxalq tanıtımına da mühüm töhfə verəcəyi gözlənilir.






İlk şərhi yaza bilərsiniz