BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun vəzifəsi yaxın zamanda bitəcək. Bu səbəblə Azərbaycan Respublikası Audiovizual Şurası yeni namizədlərdən sənəd qəbuluna başlayacaq.
Bu haqda xəbəri sözügedən qurumun mətbuat xidməti yayıb.
Xəbərdə bildirilib ki, “namizədlər sənədlərini 2026-cı il 27 aprel – 8 may tarixləri ərzində Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim etməlidirlər”.
Qeyd edilib ki, “yeni baş direktor İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası tərəfindən sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə seçiləcək”.






İlk şərhi yaza bilərsiniz