Press "Enter" to skip to content

Binali Yıldırım Ardahana səfər edib

Xatirə fotosu

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin 27-ci Baş naziri Binali Yıldırım fəxri doktorluq mərasimində iştirak etmək üçün Ardahan şəhərinə səfər edib.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Ardahan proqramı çərçivəsində bir sıra görüşlər keçirən B.Yıldırım əvvəlcə valiliyi ziyarət edib, daha sonra AK Parti İl Təşkilatına gedərək vətəndaşlarla görüşüb: “B.Yıldırımı Ardahanda vilayət rəhbərliyi və yerli rəsmilər qarşılayıblar. Qarşılama mərasimində Ardahan valisi Mehmet Fatih Çiçekli, onun xanımı Esengül Korkmaz Çiçekli, millət vəkili Kaan Koç, sabiq nazir Ahmet Arslan və bələdiyyə sədri Faruk Demir iştirak ediblər”.

Proqram çərçivəsində Ardahan Üniversitesi tərəfindən təşkil olunan fəxri doktorluq təqdimetmə mərasiminə qatılan Yıldırım gün ərzində müxtəlif görüşlər keçirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.