Press "Enter" to skip to content

Dövriyyə 31 faizdən çox artıb

BAYRAQDAR MEDİA – Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, 1 aprel 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.285 ədəd olub: “Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – mart aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 133,7 milyon olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,2 milyon manat və ya 31,7 faiz çoxdur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.