Press "Enter" to skip to content

Çanakkale quru döyüşlərinin 111-ci İli qeyd olunub

BAYRAQDAR MEDİA – Çanakkale quru döyüşlərinin 111-ci ildönümü münasibətilə Şəhidlər Abidəsində anım mərasimi keçirilib. Tədbir rəsmi nümayəndələrin Atatürk abidəsinə əklil qoyması ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib. Mərasimdə Çanakkale Onsekiz Mart Üniversitetinin rektoru Prof. Dr. R. Cüneyt Erenoğlu da iştirak edib.

Universitetin məlumatına görə, mərasimdə Türkiyə və xarici ölkələrdən yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Proqram çərçivəsində çıxışlar edilib və dualar oxunub. Mehteran çıxışı və hərbi parad təşkil olunub. Şəhidlik dəftəri imzalanıb və məzarlara qərənfillər qoyulub.

Tədbir Çanakkale ruhunun birlik və qəhrəmanlıq simvolu olduğu mesajı ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.