BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən “EFES – 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.
Təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, hərbi qulluqçular Türkiyənin Çiğli Hava Bazasında qarşılanıblar.
Qeyd edək ki, “EFES – 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.






İlk şərhi yaza bilərsiniz