Rza Ağapur: Vesteros şəhərində yerləşən qədim abidələr üzərində tədqiqatlar zamanı şamanizm və qədim inancların izlərinə dair maraqlı nəticələr əldə etmişik
BAYRAQDAR MEDİA – “Bu günə kimi ümumilikdə strateji mövzularda 80-ə yaxın məqalənin müəllifiyəm. Güney Azərbaycanda dörd kitab, İsveçdə isə daha çox pedaqoji və ədəbi istiqamətli dörd kitab nəşr etdirmişəm. Akademik fəaliyyətim çərçivəsində Uppsala Universiteti ilə (Uppsala Conflict Data Program (UCDP) Department of Peace and Conflict Research, Uppsala University) əməkdaşlıq edir, burada qorunan Azərbaycan tarixi ilə bağlı qədim əlyazmaların tədqiqi üzərində işləyirik”.
Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Koordinasiya Platformasının sözçüsü Rza Ağapur seyib.

O, araşdırma zamanı türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bir nəticə əldə edildiyini söyləyib.
Rza Ağapurun sözlərinə görə, Azərbaycan tarixi ilə bağlı qədim əlyazmalar Azərbaycan türkcəsində, lakin fərqli əlifba ilə yazılmışdır və mühüm elmi əhəmiyyət daşıyır: “Eyni zamanda İsveçin qədim yazı sistemləri, xüsusilə runik işarələr üzərində də araşdırmalar aparmışıq. Vesteros şəhərində yerləşən qədim abidələr üzərində tədqiqatlar zamanı şamanizm və qədim inancların izlərinə dair maraqlı nəticələr əldə etmişik”.






İlk şərhi yaza bilərsiniz