Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanlarının görüşü

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanlarının görüşü

BAYRAQDAR MEDİA – Aprelin 28-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstəsi qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təntənəli qarşılanma mərasimində komandanlar fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Görüşdə Azərbaycanın Türkiyə ilə hərbi sahədə əməkdaşlığının cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb”.

Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə, həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.