Press "Enter" to skip to content

F-16-lar havaya qalxdı

F-16

Son yeniləmə: 29 Aprel 2026

Erhan Arıklı: Səssiz qalmayacağıq

BAYRAQDAR MEDİA – Son vaxtlar Kıbrıs adasında xoşagəlməz olaylar baş verir. Adada türklərə qarşı yeni hücum işartıları hiss edilir.

Təbii ki, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) buna səssiz qala bilməz. Və qalmayıb da. Bir müddət öncə KKTC-yə göndərilən F-16-lar artıq havaya qalxıb. Bununla bağlı açıqlama verən bayındırlıq və nəqliyyat naziri Erhan Arıklı “Güney Kıbrıs güc nümayişi edərkən biz də səssiz qalacaq deyilik”-deyib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, Kanal T-yə danışan Erhan Arıklı deyib: “F-16-lar Türkiyənin Mavi Vətəni qorumaq məsələsində Ercan Hava Limanına sadəcə simvolik yerləşdirilməsi deyil”.

Nazir Arıklı bildirib ki, Türkiyə Güney Kıbrısdakı hərbi hərəkətlənmələrə qarşı ani reaksiya verir. O qeyd edib ki, mövcud F-16 uçuşları zəruridir və bu istiqamətdə hər cür dəstək göstərilir: “Heç bir təhlükə yoxdur. Güney Kıbrıs güc nümayişi edərkən biz də səssiz qalacaq deyilik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.