Press "Enter" to skip to content

74 nəfərlə reabilitasiya işi aparılıb

Hazırda məişət zorakılığından zərər çəkmiş 16 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 16 şəxsə xidmət göstərilir. Onlardan 10 nəfəri uşaqdır.

Nazirlikdən verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır: “2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür”.

Ötən dövrdə burada 48-i uşaq olmaqla 74 nəfərlə reabilitasiya işi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.