BAYRAQDAR MEDİA – Süleyman Dəmirəl Universiteti ilə Aerofix Havacılık şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb. Razılaşma çərçivəsində tələbələrin nəzəri və praktiki hazırlığının gücləndirilməsi nəzərdə tutulur.
Universitetin məlumatına əsasən, şirkət nümayəndələri helikopter məktəbi, hava taksi xidmətləri və texniki xidmət sahələrində fəaliyyət göstərdiklərini bildiriblər: “Əməkdaşlıq sayəsində tələbələrin erkən mərhələdə sektor təcrübəsi qazanacağı qeyd olunub. Protokol çərçivəsində texniki infrastrukturun və elmi-tədqiqat fəaliyyətlərinin inkişafı da planlaşdırılır. Universitet tələbələri şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. Uğurlu tələbələrin gələcəkdə işlə təmin olunmasına üstünlük veriləcəyi açıqlanıb”.






İlk şərhi yaza bilərsiniz