BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi Qurban bayramı günlərində ictimai nəqliyyatın xüsusi qrafiklə fəaliyyət göstərəcəyini açıqlayıb. Bildirilib ki, şəhərdaxili avtobus və tramvay xətlərinin böyük hissəsində bazar günü cədvəli tətbiq olunacaq. Yalnız 80 nömrəli marşrut şənbə qrafiki ilə fəaliyyətini davam etdirəcək.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki kənd və qəsəbə istiqamətlərində isə mövcud reys saatları dəyişdirilməyəcək: “Rayon xətlərində bayramın ilk dörd günü mərkəzlərdən çıxış saatı 12:00 olaraq müəyyənləşdirilib. Sərnişinlərin qəbiristanlıq ziyarətlərini rahat həyata keçirməsi üçün Asri qəbiristanlığında əlavə ring xidmətləri təşkil olunacaq. Tramvay xətləri də bayram boyunca bazar günü qrafiki ilə işləyəcək”.






İlk şərhi yaza bilərsiniz