Press "Enter" to skip to content

Qarabağda iki mədəniyyətin görüşü

Səfərdən foto

BAYRAQDAR MEDİA – Azərbaycan–Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təlim Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycan–Yaponiya Aikido və Mədəni Mübadilə Layihəsi 2026” həyata keçirilib. Layihə çərçivəsində Yaponiyadan dəvət olunanaikido ustası CuniçiQomitaSensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova, Azərbaycandan olan aikidoçular, Azərbaycan MugenryuKobudo İdman Klubu İctimai Birliyinin sədri Bəxtiyar Zeynalov, eləcə də beynəlxalq xoreoqraf-baletmeyster Lalə Aslanova Qarabağa səfər ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, layihə komitənin dəstəyi ilə reallaşıb.

Məlumatda deyilir ki, Şuşa səfəri zamanı aikido məşqlərindən və Azərbaycan milli rəqs elementlərinin sintezindənibarət xüsusi proqram nümayiş olunub. İştirakçıların böyük marağı ilə qarşılanan proqram Azərbaycan və Yaponiya mədəniyyətləri arasında dostluq, qarşılıqlı anlaşma və mədəni harmoniyaya töhfə kimi qiymətləndirilib.

Bununla yanaşı, Qarabağ Təlim Mərkəzində “Gündoğar Odlar Yurdu” adlı tədbir təşkil edilib. Tədbirdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, idman və incəsənət vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Şuşa və Xankəndi şəhərləri ilə tanış olub, Qarabağda aparılan bərpa və inkişaf prosesi, eləcə də bölgənin zəngin tarixi-mədəni irsi barədə məlumatlandırılıblar. Eyni zamanda Xocalı Memorial Kompleksini də ziyarət ediblər.

Bu cür layihələr Azərbaycan və Yaponiya arasında mədəni əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də beynəlxalq mədəni dialoqun təşviq edilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.