Press "Enter" to skip to content

RİNN-də könüllü qanvermə aksiyası

RİNN-də könüllü qanvermə aksiyası

BAYRAQDAR MEDİA – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşəbbüsü, Mərkəzi Qan Bankının təşkilati dəstəyi ilə qanvermə aksiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya RİNN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “aksiyada Nazirliyin, habelə tabeli qurumların əməkdaşları fəal iştirak ediblər. Əvvəlcə donor olmaq istəyən şəxslərin sağlamlığı yoxlanılıb, sonra uyğun olanlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək”.

Bildirək ki, sözügedən Nazirlikdə könüllü qanvermə aksiyaları mütəmadi olaraq təşkil edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.