Press "Enter" to skip to content

Sumqayıt Regional Mərkəzinin təlimi – VİDEO

Sumqayıt Regional Mərkəzinin təlimi

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı yanğın-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimin keçirilməsində əsas məqsəd dəmir yolu nəqliyyatında baş verə bilən qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi və yanğınla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi olub. Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu nəqliyyatında baş vermiş şərti qəza zamanı “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin yaranmış “yanğın qısa müddətdə söndürülüb””.

Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.