Press "Enter" to skip to content

Leysan Qədimbəylinin xatirəsi yaşadılacaq

Mərhum Leysan Qədimbəyli

BAYRAQDAR MEDİA – Leysan Qədimbəylinin əziz xatirəsinə həsr olunmuş anım məclisində edilən yardımların ailəyə deyil, gənclərin təhsilinə yönləndirilməsi qərara alınıb.

Bu barədə Qədimbəylilər ailəsinə istinadən Çağır.az məlumat yayıb.

Məlumatda deylir: “Qədimbəylilər ailəsinin verdiyi məlumata görə, toplanan vəsait Sədərək Xeyriyyə Cəmiyyəti vasitəsilə təhsil alan tələbələrə dəstək məqsədilə istifadə ediləcək. Ailə bildirib ki, Leysan elmə, yaradıcılığa və gələcəyə inanan gənclərdən biri idi. Onun yarımçıq qalan arzularının başqa gənclərin yoluna işıq olması üçün bu qərar verilib. “Bir gəncin xatirəsini yaşatmağın ən ali yollarından biri başqa gənclərin gələcəyinə dəstək olmaqdır. Leysanın adı bundan sonra da oxuyan, çalışan və arzularının ardınca gedən gənclərin ümidində yaşayacaq”, – deyə açıqlamada qeyd olunub”.

Məlumatda həmçinin, qeyd olunub ki, Qədimbəylilər ailəsi bu ağır günlərdə yanlarında olan, duaları və mənəvi dəstəyi ilə dərdlərinə şərik çıxan hər kəsə təşəkkür edib. “Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin”, – müraciətdə vurğulanıb.

Qeyd edək ki, Leysan Qədimbəyli 2026-cı ilin may ayında 22 yaşında qəfil vəfat edib. Leysan Qədimbəyli gənc rəssam idi. O, ölkədə tanınmış nüfuzlu ailələrdən birinin övladı idi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.