Son yeniləmə: 25 May 2026
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Vizyon Universitetində “Parlament Karavanı” proqramı çərçivəsində tələbələrlə millət vəkillərinin görüşü təşkil olunub. Tədbirdə ölkənin müxtəlif siyasi partiyalarını təmsil edən deputatlar iştirak ediblər.
Universitetin məlumatına əsasən, görüş zamanı tələbələr millət vəkillərinə birbaşa suallar ünvanlayaraq fikir mübadiləsi aparıblar: “Proqramda gənclərin sosial, iqtisadi və akademik problemləri müzakirə olunub. Universitet rəhbərliyi tədbirin tələbələr üçün mühüm təcrübə olduğunu bildirib. Deputatlar tələbələrin fikirlərini dinləyərək müxtəlif məsələlərə münasibət açıqlayıblar”.
Sonda iştirakçılar proqramın faydalı və maraqlı keçdiyini qeyd ediblər.






İlk şərhi yaza bilərsiniz