Son yeniləmə: 25 May 2026
BAYRAQDAR MEDİA – Yozgat Bozok Universiteti beynəlxalq akademik reytinqdə 747 pillə irəliləyərək diqqət çəkən uğura imza atıb. AD Scientific Index 2025–2026 hesabatına əsasən universitet Türkiyədə ən sürətlə inkişaf edən ali təhsil müəssisələri arasında 9-cu yerdə qərarlaşıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, xüsusilə tibb və səhiyyə elmləri sahəsində universitet 1259 pillə yüksələrək ölkədə üçüncü ən böyük inkişaf göstəricisini əldə edib: “Memarlıq və dizayn sahəsində də universitet əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Rektor Prof. Dr. Evren Yaşar əldə olunan nəticələrin planlı və keyfiyyət yönümlü fəaliyyətin nəticəsi olduğunu bildirib. O, universitetin elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq istiqamətində inkişafını davam etdirəcəyini vurğulayıb”.
Universitet rəhbərliyi bu uğurda əməyi olan bütün əməkdaş və tələbələrə təşəkkür edib.






İlk şərhi yaza bilərsiniz