Press "Enter" to skip to content

Qədim ənənə yenidən canlanır – VİDEO

Musiqiçilər

BAYRAQDAR MEDİA – Iğdırlı musiqiçi Hüseyn Baydar unudulmaq üzrə olan bir ənənəni və həmin ənənənin ruhunu yaşadan yerli musiqi alətlərini yenidən gündəmə gətirərək keçmişi bu günə daşıyıb. Vaxtilə bölgənin ən qədim ənənələrindən sayılan “qoç aparma mərasimi” garmon, nağara və klarnetin müşayiəti ilə keçirilib. Lakin zaman keçdikcə populyar mədəniyyətin təsiri bu yerli musiqi alətlərini arxa plana keçirib və ənənə unudulmağa başlayıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Hüseyn Baydar keçmişə olan həsrət və bağlılıqla bu üç qədim aləti yenidən bir araya gətirib: “Garmonun ahəngi, nağaranın ritmi və klarnetin səsi qədim ənənələri yenidən yaşadaraq dinləyicilərə nostalji hisslər bəxş edib. Bu təşəbbüs yerli mədəniyyətin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Beləliklə, unudulan yerli çalğı alətləri yenidən həyat qazanaraq bölgənin musiqi irsini canlandırıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.