Press "Enter" to skip to content

Pulsuz açıq avtodayanacaq istifadəyə verilib

Son yeniləmə: 1 İyun 2026

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi şəhərdaxili nəqliyyatı rahatlaşdırmaq və parklanma problemini aradan qaldırmaq məqsədilə həyata keçirdiyi açıq avtodayanacaq layihələrinə daha birini əlavə edib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “2026 Eskişehir İli” proqramı çərçivəsində planlaşdırılan layihələrin üçüncüsü olan Kanlıkavak Açıq Avtodayanacağı Çamlıyayla küçəsində istifadəyə verilib: “Layihə ilə Kanlıkavak Parkı ətrafında müşahidə olunan parklanma probleminin həlli və Osmangazi, Sümer və Kırmızıtoprak məhəllələri üçün daha nizamlı istifadə imkanlarının yaradılması nəzərdə tutulur. ESKİ Baş İdarəsinin əməkdaşları tərəfindən infrastruktur və yağış suları ilə bağlı işlər başa çatdırıldıqdan sonra Yol Tikintisi, Təmir və Baxım İdarəsi ilə Park və Bağlar İdarəsinin əməkdaşlığı nəticəsində ümumilikdə 3 min 200 kvadratmetrlik ərazi yenidən qurulub”.

Məlumata əsasən, 122 avtomobil tutumuna malik açıq avtodayanacaqda velosiped və motosikletlər üçün xüsusi park yerləri, həmçinin yaşıllıq sahələri yaradılıb. Layihədə çəmən daşlardan istifadə olunub, ağacəkmə və landşaft işləri vasitəsilə şəhər estetikası da nəzərə alınıb.

Bələdiyyə rəsmiləri bildiriblər ki, “2026 Eskişehir İli” çərçivəsində şəhərin müxtəlif ərazilərində yeni açıq avtodayanacaqların tikintisi davam etdiriləcək. Kanlıkavak dayanacağından sonra daha üç yeni layihə üzrə işlərə başlanılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.