Press "Enter" to skip to content

ADA-da 14-cü Beynəlxalq Festival

ADA-da 14-cü Beynəlxalq Festival

BAYRAQDAR MEDİA – ADA Universitetində ali təhsil müəssisəsinin ənənəvi tədbirlərindən sayılan 14-cü Beynəlxalq Festival uğurla baş tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mədəni müxtəlifliyi tərənnüm etmək və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyan bu tədbir, builki mövsümdə də fərqli xalqların nümayəndələrini bir araya gətirib. Geniş iştirakçı kütləsi ilə müşayiət olunan tədbirdə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, eləcə də ADA Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, məzunları və əməkdaşları iştirak ediblər. Festival çərçivəsində qonaqlar 40-dan çox ölkənin zəngin mədəniyyəti, qədim ənənələri, milli mətbəxi və musiqisi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbir iki hissədən ibarət olaraq rəngarəng ölkə stendlərinin sərgisi və mədəni və bədii çıxışlar hissəsini əhatə edib”.

Ardınca xəbərdə, “tədbirin bədii hissəsində müxtəlif xarici səfirliklər tərəfindən hazırlanan xüsusi konsert proqramı nümayiş etdirilib. ABŞ, Yaponiya, Çin, Türkiyə, Tacikistan və Avropa İttifaqına üzv dövlətləri daxil olmaqla, onlarla ölkəni təmsil edən stendlərdə milli mətbəx nümunələri, rəngarəng musiqilər, milli geyimlər və rəqslər böyük maraqla qarşılanıb. Ziyarətçilərin zövqünü oxşayan konsert proqramı ilə yanaşı, interaktiv təqdimatlar və müxtəlif müsabiqələr də festivalın əsas bəzəyinə çevrilib. Tədbir ADA Universitetində tolerantlıq və müxtəlifliyin deyil, həm də canlı bir həyat tərzi olduğunu növbəti dəfə nümayiş etdirib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.