Press "Enter" to skip to content

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək məqsədilə Azərbaycana gətirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “10 gün davam edəcək proqram çərçivəsində uşaqların əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlim və ustad dərslərində iştirakı nəzərdə tutulur. Növbəti günlərdə onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Eləcə də uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstəriləcək”.

Ardınca xəbərdə, “həmçinin proqram iştirakçıları üçün Azərbaycanın zəngin mədəni irsi, incəsənəti, tarixi məkanları və milli mətbəxi ilə yaxından tanışlıq imkanı yaradılacaq. Məqsəd Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir” deyə qeyd ed

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.