Yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabının təqdimatı olub
BAYRAQDAR MEDİA – İyulun 11-də yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təşkilatçılardan verilən məlumata görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əsər xalq-ordu-lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb
Sonra müəllif çıxış edərək, kitabın ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib. Çıxışda qeyd edilib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq-ordu-lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb.
Müəllif, həmçinin onu da bildirib ki, kitabda tarixi hadisələr dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilib: “Bu kitab, yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən qiymətli tarixi mənbədir”.
Hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir
Aydın Tağıyev vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir.

Sonra tədbir diəgr çıxışlarla davam edib. Məlumata əsasən, kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova çıxış edərək kitabın əhəmiyyətindən danışıb, müəllifə uğurlar arzulayıblar.
Daha sonra tədbirin koordinatoru Ülvi Əlişov çıxış edərək hazırlıq prosesindən danışıb, könüllülərin əməyini xüsusi vurğulayıb.

Öz növbəsində kitabın redaksiya heyəti – baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış edərək, “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabın həm də gələcək nəsillər üçün də bir mənbə ola biləcəyini qeyd ediblər.
Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb, imzalı kitablar oxuculara təqdim olunub.






İlk şərhi yaza bilərsiniz