Press "Enter" to skip to content

15 İyul – Demokratiya və Milli Birlik Günü qeyd olunub

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Pamukkale Universitetində 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə konfrans, foto sərgisi, ehsan süfrəsi, moizə və dualardan ibarət silsilə tədbirlər keçirilib. Proqram universitetin rektoru professor Mahmud Güngörün iştirakı ilə reallaşıb.

Universitetin məlumatına görə rektor çıxışında 15 İyul hadisələrinin Türkiyə tarixində xalqın iradəsini və vətənpərvərliyini nümayiş etdirən mühüm səhifə olduğunu bildirib. O, həmin gecə oğlu Türksat-da növbətçi əməkdaş kimi xidmət etdiyindən hadisələri bir ata kimi də böyük həyəcanla yaşadığını qeyd edib.

Tədbirdə “İradə bizim, zəfər bizim” mövzusunda konfrans təşkil olunub və şəhidlər anılıb.

Proqram iştirakçılara ehsan verilməsi və bütün şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.