Burhanettin Duran: Xalqımızın suverenliyini və demokratiyamızı hədəfə alan bu cür terror şəbəkələrinə qarşı dostlarımızın yanımızda olmasını və dostluğun tələb etdiyi həmrəylik ruhu ilə hərəkət etməsini gözləyirik
BAYRAQDAR MEDİA – “Bu gün Türkiyənin beynəlxalq səviyyədə ekstradisiyasını tələb etdiyi FETÖ üzvləri müxtəlif ölkələrdə fəaliyyət göstərməkdə və təəssüf ki, müəyyən dairələr tərəfindən dəstəklənməkdədir”.
Bunu Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim başqanı Burhanettin Duran 15 İyul – Türkiyədə Demokratiya və Birlik Günü münasibətilə keçirilən tədbirdə qonaqlara videomüraciətində deyib.
Vudeomüraciətdə qeyd edilib ki, 10 il əvvəl Türkiyədə tarihi bir gecə yaşanıb: “15 iyul 2016-cı ildə Fetullahçı terror təşkilatının üzvləri millətimizin iradəsini və demokratiyanı hədəfə aldı. Dövlət qurumlarımza və parlamentimizə hücum etdilər. Media binalarına basqınlar təşkil edildi. İstanbulun simvolu olan boğaz körpüləri FETÖ üzvləri tərəfindən işğal edildi.Ancaq dövlət və millət olaraq bu qanlı dövlət çevrilişinə cəhdə qarşı misilsiz bir mqavimət göstərdik. Xalqımız küçələrə çıxdı və çevrilişə cəhd edənlərə “dur” dedi”
Həmin hadislərə və onda sonra terror təşkilatına qarşı aparılan mübarizədən bəhs edən videomüraciətdə qeyd olunub ki, Türkiyə suverenliyini və müstəqilliyini təhdid edən istənilən təhlükəyə qarşı mübarizə aparacaq gücə malikdir.
Burhanettin Duran videomüraciətində dost və qardaş ölkələrə xüsusi müraciət edib: “Türkiyənin dostu olan və bu dostluğu qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirmək istəyən bütün ölkələrə çağırışımız budur: Xalqımızın suverenliyini və demokratiyamızı hədəfə alan bu cür terror şəbəkələrinə qarşı dostlarımızın yanımızda olmasını və dostluğun tələb etdiyi həmrəylik ruhu ilə hərəkət etməsini gözləyirik. Çünki FETÖ təkcə Türkiyənin milli təhlükəsizliyi ilə bağlı problem deyil. Bu təşkilat fəaliyyət göstərdiyi hər bir ölkə üçün açıq təhlükə mənbəyidir”.






İlk şərhi yaza bilərsiniz