BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) və Care Groupun təşkilatçılığı, PAŞA Bankın maliyyə dəstəyi ilə “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) layihəsinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “layihə Agentliyin uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaş arası 40 gənci əhatə edir. Məqsəd valideyn himayəsindən məhrum olmuş gənclərin əmək bazarına hazırlığını artırmaq, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək verməkdir. Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək”.






İlk şərhi yaza bilərsiniz