Press "Enter" to skip to content

“Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi davam edir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində 3-cü təlim keçirilib.

“Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Neftçala rayonunda təşkil olunub.

Layihə çərçivəsində keçirilən “Günəş enerjisi: ehtiyatlar tükənməzdir” mövzusunda təlim zamanı iştirakçılara günəş enerjisinin alternativ və bərpa olunan enerji mənbəyi kimi üstünlükləri, istifadəsi və ətraf mühitə müsbət təsiri barədə ətraflı məlumat verilib.

Təlimin sonunda layihə eksperti tərəfindən iştirakçıların mövzunu mənimsəmə səviyyəsi sual-cavab üsulu ilə qiymətləndirilib. “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” layihəsi maarifləndirmə tədbirləri, praktiki fəaliyyətlər və nəticələrin qiymətləndirilməsi istiqamətində uğurla davam edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.