BAYRAQDAR MEDİA – Erciyes Universiteti ilə Kayseri Şəkər Fabrikinin birgə həyata keçirdiyi “Melas və pres filtr tullantıları qatqılı yüksək həcmli vulkanik puzolan və pemza-perlit yüngül aqreqatlı məhlulların 3D printerlə istehsalı layihəsi” ictimaiyyətə təqdim olunub.
Universitetin İnşaat Materialları Laboratoriyasında keçirilən təqdimatda layihə çərçivəsində sənaye tullantılarının yüksək əlavə dəyərli tikinti materiallarına çevrilməsi, sement istifadəsinin azaldılması və ətraf mühitə təsirin minimuma endirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin hazırlanmış məhlulların mexaniki xüsusiyyətləri, dayanıqlılığı, mikrostrukturu və həyat dövrü qiymətləndirməsinin nəticələri iştirakçılara təqdim olunub.
Erciyes Universitetinin rektoru Fatih Altun universitet olaraq elmi layihələrə dəstək verməyə böyük önəm verdiklərini bildirib və layihədə iştirak edən alimləri təbrik edib. Kayseri Çuğundur Əkinçiləri Kooperativinin sədri Hüseyn Akay isə universitet–sənaye əməkdaşlığını hər zaman dəstəklədiklərini vurğulayıb. Təqdimat xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz