Press "Enter" to skip to content

Cəbrayıl, Xocalı və Ağdərənin kəndlərinə növbəti köç

Cəbrayıl, Xocalı və Ağdərənin kəndlərinə növbəti köç

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Xanabad, Təzəbinə, Badara, Daşbulaq və Seyidbəyli, Ağdərə rayonunun Aşağı Oratağ, Vəngli, Həsənriz və Kolatağ kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə – 55 nəfər, Xocalının Xanabad kəndinə 10 ailə – 31 nəfər, Təzəbinə kəndinə 9 ailə – 39 nəfər, Badara kəndinə 6 ailə – 24 nəfər, Daşbulaq kəndinə 2 ailə – 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə – 5 nəfər, Ağdərənın Aşağı Oratağ kəndinə 10 ailə – 34 nəfər, Vəngli kəndinə 6 ailə – 26 nəfər, Həsənriz kəndinə 6 ailə – 17 nəfər, Kolatağ kəndinə isə 3 ailə – 19 nəfər köçürülüb”.

Daha sonra xəbərdə, “doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.