Press "Enter" to skip to content

Qiymətləndiricilərdən daha bir yaddaqalan tədbir

Tədbir zamanı

Vüqar Oruc: Media ilə sağlam əməkdaşlıq dövlət, biznes və cəmiyyət arasında etibarlı informasiya körpüsünün qurulmasına xidmət edir

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib.

Bu barədə qurumdan məlumat verilib.

Vüqar Oruc çıxış edərkən
Vüqar Oruc çıxış edərkən

Bildirilib ki, səhər yeməyi masası ətrafında keçirilən tədbirdə AQC İdarə Heyətini sədri Vüqar Oruc, sədrin müşaviri Asif İbrahimov, AQC Tikinti, Abadlıq və Köçürülmə Komissyasının sədri Elnur Fərzəliyev, AQC Daşınmaz Əmlak koordinatoru Şaiq Əliyev, AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli AQC sədrinin köməkçisi Ziya Mustafayev, ölkənin müxtəlif media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist iştirak edib.

Media ilə qiymətləndirmə sektoru arasında əməkdaşlığın inkişafından bəhs edilib

Məlumata görə, görüşdə media ilə qiymətləndirmə sektoru arasında əməkdaşlığın inkişafı, ictimaiyyətin düzgün məlumatlandırılmasının əhəmiyyəti və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

AQC fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin dəstəyi xüsusi əhəmiyyət daşıyır

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edərək onların cəmiyyətin obyektiv məlumatlandırılmasında, şəffaflığın təmin olunmasında və ictimai rəyin formalaşmasında mühüm rol oynadıqlarını bildirib. O qeyd edib ki, media ilə sağlam əməkdaşlıq dövlət, biznes və cəmiyyət arasında etibarlı informasiya körpüsünün qurulmasına xidmət edir.

Orxan Əli çıxış edərkən
Orxan Əli çıxış edərkən

Vüqar Oruc vurğulayıb ki, AQC fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında, qiymətləndirmə sahəsində aparılan islahatların və yeniliklərin işıqlandırılmasında media nümayəndələrinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. O, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr keçirilib

Səmimi mühitdə keçən tədbirdə jurnalistlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr keçirilib.

Xatirə fotosu
Xatirə fotosu

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq edən bir qrup media nümayəndəsi peşəkar fəaliyyətlərinə və qiymətləndirmə sahəsinin ictimaiyyətə çatdırılmasına verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.