Press "Enter" to skip to content

Muhammet Cemil: Bütün bunlar bizdə böyük qürur hissi doğurur:

Muhammet Cemil.

BAYRAQDAR MEDİA – “Biz TİKA-nın “Kalkınma Elçiləri” layihəsi çərçivəsində Azərbaycana gəlmişik. Hazırda Türk Şəhidliyindəyik. Burada, Türk Şəhidliyində olmaq bizim üçün böyük qürur mənbəyidir. Eyni zamanda çox duyğulu anlar yaşayırıq”.

Bunu jurnalistlərə açıqlamasında layihə çərçivəsində qardaş Türkiyədən Azərbaycana səfər edən 1- universitet tələbəsindən biri Muhammet Cemil. deyib.

O, səfərdən razı qaldıqlarını qeyd edib: “Bir daha şahid olduq ki, şəhidlərimiz Anadolunun müxtəlif şəhərlərindən gələrək bu torpaqlarda qəhrəmancasına canlarını fəda ediblər. Bundan başqa, “İnkişaf Elçiləri” proqramı çərçivəsində burada həyata keçirilən çoxsaylı layihələrlə yaxından tanış olduq. Gördük ki, TİKA-nın Azərbaycandakı fəaliyyəti bizim Türkiyədən müşahidə etdiyimiz kimi təkcə maddi və fiziki dəstəklə məhdudlaşmır. Biz burada bunun şahidi olduq ki, TİKA şəhid ailələrinin, xüsusilə Qarabağ şəhidlərinin ailələrinin ağrı-acısını və duyğularını bölüşür. TİKA dializ mərkəzində müalicə gözləyən bir anaya ümid olur. TİKA kənd təsərrüfatı sahəsində çətin günlər yaşayan fermer ailələrinə dəstək verir, onların yanında olur. Bütün bunlar bizdə böyük qürur hissi doğurur”.

Qardaş ölkədən oan tələbə Azərbaycan xalqının qonaqpərvərliyindən də bəhs edib: “Bundan əlavə, əziz Azərbaycan xalqı bizi son dərəcə səmimi qarşıladı. Onlar gülərüzlərini, mehribanlıqlarını və qonaqpərvərliklərini bizdən heç vaxt əsirgəmədilər. Daim halımızı soruşdular, bizimlə tanış oldular və öz doğmaları kimi münasibət göstərdilər. Biz Türkiyədən gəlməyimizə baxmayaraq, burada özümüzü heç vaxt xarici ölkədə hiss etmədik. Buna görə Uca Allaha şükür edir, həmd edirik. Bu səfər sayəsində məşhur kəlamın mənasını bir daha ürəkdən hiss etdik: “İki dövlət, bir millət.” Allah Azərbaycanla Türkiyə arasındakı qardaşlığı əbədi etsin. Can Azərbaycanla Türkiyənin qardaşlığı daim yaşasın”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.