Press "Enter" to skip to content

Pilot olmaq istəyən gənclər üçün Yay Düşərgəsi

BAYRAQDAR MEDİA – Türkyədə, Eskişehirdə fəaliyyət göstərən Anadolu Uçuş və Aviasiya Akademiyası (ANUHA) aviasiyaya maraq göstərən gənclər üçün üç səviyyəli yay kurslarına başlayır.

Bu barədə Akademiyadan məlumat verilib.

Bildirilib ki, Anadolu Uçuş və Aviasiya Akademiyası (ANUHA) aviasiya sahəsinə maraq göstərən gənclər üçün üç mərhələdən ibarət yay kursları təşkil edir.

Kurslar çərçivəsində iştirakçılar üçün tanışlıq, karyera və peşəkar inkişaf düşərgələri keçiriləcək.

ANUHA Kəşf Kursu (7–17 yaş):
Aviasiyanı əyləncəli və praktiki şəkildə tanıdan başlanğıc proqramıdır. Kurs çərçivəsində aviasiyaya giriş, aviasiya peşələrinin təqdimatı, model təyyarələrin hazırlanması, uçuş simulyatoru təcrübəsi və müxtəlif tanışlıq ekskursiyaları təşkil olunacaq.

ANUHA Karyera Kursu (16–22 yaş):
Pilotluq, kabin heyəti (stüard/stüardessa) peşəsi, aviasiya ingilis dili, uçuş simulyatoru üzrə məşğələlər, həmçinin karyera və işə hazırlıq yönümlü təlimlər keçiriləcək.

ANUHA Peşəkar İnkişaf Düşərgəsi (18 yaş və yuxarı):
Pilot peşəsini seçmək istəyənlər üçün xüsusi hazırlıq proqramı, kabin heyəti üzrə müsahibələrə hazırlıq, aviasiya ingilis dili, CRM (Ekipaj Resurslarının İdarə Edilməsi), uçuş təhlükəsizliyi, real simulyasiya məşğələləri, Kapadokiyada Cessna 172 təyyarəsi ilə uçuş, həmçinin aviasiya sektorunun peşəkarları ilə görüşlər təşkil ediləcək. Bundan əlavə, iştirakçılar İnönü Türk Hava Qurumu (THK), Eskişehir Texniki Universitetinin Pilotaj bölməsi, TEI və Alp Havacılık müəssisələrini ziyarət edəcəklər.

Yay kurslarının ilk qrupu 3–15 avqust tarixlərində keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.