BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsinin Kompüter mühəndisliyi bölməsinin müəllimi dosent Dr. Asım Sinan Yükselin rəhbərlik etdiyi “JournalGate: Elmi jurnallar üçün süni intellekt dəstəkli ilkin qiymətləndirmə sistemi” layihəsi TÜBİTAK 1005 proqramı çərçivəsində dəstək almaq hüququ qazanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, layihə elmi jurnallara göndərilən məqalələrin ilkin qiymətləndirmə proseslərinin sürətləndirilməsini və daha sistemli hala gətirilməsini hədəfləyir. Layihə çərçivəsində insan nəzarəti altında fəaliyyət göstərən, sahəyə uyğun süni intellekt əsaslı qərar dəstək sisteminin hazırlanması nəzərdə tutulur. Tədqiqat qrupu Konya Texniki Universitetindən dosent Dr. Muhammed Abdulhamid Karabıyık və Muğla Sıtkı Koçman Universitetindən müəllim Dr. Didem Yangeçdən ibarətdir.






İlk şərhi yaza bilərsiniz