BAYRAQDAR MEDİA – Samsun Universitetinin Ballıca Kampusunda Rektorluq və İnzibati Bölmələr Kompleksi mərasimlə istifadəyə verilib. Açılışda Samsun valisi Orhan Tavlı, deputatlar, bələdiyyə sədrləri, rektorlar, dövlət qurumlarının nümayəndələri, iş dünyası və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Mərasimdə universitetlərin şəhərlərin elmi, iqtisadi və sosial-mədəni inkişafındakı rolu vurğulanıb. Vali Orhan Tavlı universitetlərin bilik istehsal edən, gələcəyi formalaşdıran və gəncləri yetişdirən mühüm qurumlar olduğunu bildirib. O, rektor Prof. Dr. Mahmut Aydının səkkiz il ərzində həm universitetə, həm də Samsun şəhərinə xidmət etdiyini qeyd edib.
Tavlı Samsunda universitetlər, sənaye və texnologiya qurumları arasında əməkdaşlığın şəhərin sosial-iqtisadi inkişafına töhfə verdiyini vurğulayıb. Yeni kompleksin universitetin institusional inkişafında mühüm mərhələ olduğu bildirilib.






İlk şərhi yaza bilərsiniz