SBC Otomasyon və MD Partners Holding “Müəssisələrdə Proses Təhlükəsizliyi Həlləri Simpoziumu 2026”da iştirak edir
BAYRAQDAR MEDİA – SBC Otomasyon və MD Partners Holding, eləcə də holdinqin tərkibində fəaliyyət göstərən aparıcı brendlər bu il Bakı şəhərində, Fairmont Baku hotelində keçirilən Müəssisələrdə Proses Təhlükəsizliyi Simpoziumu “Tesislerde Proses Emniyet Çözüm Sempozyumu 2026” tədbirində sektor sponsoru qismində iştirak edir.
Şirkətlər sənaye təhlükəsizliyi, yanğından mühafizə və innovativ mühəndislik həlləri ilə sənayenin gələcək inkişafına töhfə vermək məqsədilə tədbir iştirakçılarını stendlərində qəbul edirlər.
Simpozium çərçivəsində Arı Yangın su və köpük əsaslı yanğınsöndürmə sistemlərini, Arasco Mühendislik qazlı yanğınsöndürmə və mətbəx aspirasiya sistemlərini, Ibex Industrial sənaye filtrasiya və separasiya sistemləri, eləcə də yanğınsöndürmə robotlarını təqdim edir.
Arasco Nükleer nüvə elektrik stansiyalarının yanğından mühafizəsi üzrə həllərini, SBC Otomasyon bina avtomatlaşdırma sistemlərini, Solion Battery isə litium-ion batareyalar və enerji saxlama sistemləri üzrə ən son texnologiyalarını nümayiş etdirir.

Tədbir çərçivəsində iştirakçılar sektorun son yenilikləri ilə tanış olmaq, yeni texnoloji həlləri nəzərdən keçirmək və mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edirlər.
Şirkət nümayəndələri sənaye təhlükəsizliyi, yanğından mühafizə, avtomatlaşdırma və enerji saxlama texnologiyaları sahəsində fəaliyyət göstərən bütün maraqlı tərəfləri stendlərini ziyarət etməyə dəvət edirlər.
Öz növbəsində “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.”nin Azərbaycanda qurucusu və direktoru Serkan Kamer mediaya açıqlamasında belə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə danışıb. O öncə qeyd edib ki, bu tədbirin əsas məqsədi enerji idarəetməsi, yanğınla mübarizənin əhəmiyyəti, eləcə də qurulmuş texnoloji binalarda texniki xidmətlərin mütəxəssislər tərəfindən nəzarətli şəkildə və dövri olaraq həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmaqdır: “Eyni zamanda bu, istehsalçılara, sektorda fəaliyyət göstərən şirkətlərə imkan yaradan, onların öz məhsul və xidmətlərini təqdim etməsinə şərait yaradan mühüm sərgilərdən biridir. Bu tədbir ilk dəfə bu il Azərbaycanda keçirilir. Türkiyədə isə ötən illərdə müxtəlif şəhərlərdə təşkil olunub və böyük maraqla qarşılanıb”.
Tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətinə gəlincə, S.Kamer deyib: “Bildiyiniz kimi, son 15 ildə Azərbaycanda, xüsusilə texnoloji binalarla bağlı inkişaf çox sürətlə və möhtəşəm şəkildə davam edir. Bu inkişaf hər keçən gün daha da genişlənir. Texnoloji binaların sayının artması ilə yanaşı, xüsusilə texniki xidmət, servis, ehtiyat materialların təchizatı və texnologiyalardan şüurlu və düzgün istifadə baxımından belə bir təşkilatlanmaya ehtiyac yaranır”.
O da bildirilib ki, belə tədbirlər davamlı keçirilməlidir: “Hətta mən bunun buradan digər Qafqaz ölkələrinə də yayılmasını arzulayıram. Xüsusilə Türk respublikalarında Türkiyə şirkətlərinin, Azərbaycan şirkətlərinin və bütün qardaş Türk respublikalarında xidmət göstərən sektor şirkətlərinin bir-biri ilə ticarət və əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratmaq baxımından belə tədbirlər çox mühüm əhəmiyyət daşıyır. Bu təşkilatların sayının hər keçən gün artması Türk dövlətlərinin gücləndiyini göstərən mühüm göstəricilərdən biridir”.






İlk şərhi yaza bilərsiniz